“Qarabağ” İngiltərədə çıxış edən hücumçunu alacaqmı?

13:00 Qarabağ 631
“Qarabağ” İngiltərədə çıxış edən hücumçunu alacaqmı?

İngiltərədə “Luton Taun”un formasını geyinən Elijah Adebayonun «Qarabağ»ın transfer gündəmində yer alması iddia olunur.

İngilis mediası bu yöndə yeni məlumat yayıb.

Bildirilir ki, Çempionşipdə mübarizə aparan klub rəhbərliyi adıçəkilən hücumçu ilə yolları ayırmaq niyyətində deyil və onun klubda qalmasıyla bağlı qərar verilib.

Bu səbəbdən «Qarabağ»ın ön xətti gücləndirmək planları baş tutmamış sayılır.

Elijah Adebayo son mövsümlərdə “Luton”un əsas oyunçularından birinə çevrilib,

“Qarabağ“dan aldığımız məlumata görə, sözügedən forvard bir neçə ay öncə onlara təklif ollunub. Fəqət, danışıqlar rəsmi müstəviyə keçməyib.

Çünki qarşı tərəfin maliyyə istəkləri klubun müəyyənləşdirdiyi çərçivəni aşıb.

Bu üzdən transferin istər indi, istərsə də mövsümün sonunda reallığa vəsiqə qazanmaq ehtimalı çox aşağıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti