"Qarabağ"dan YENİLİK

09:40 Qarabağ 146
"Qarabağ"dan YENİLİK

"Qarabağ" yanvarın 16-da “Park Bulvar” ticarət mərkəzində robot və əyləncə şousu təşkil edəcək.

Sportinfo.az xəbər verir ki, tədbir saat 18:00-20:00 aralığında baş tutacaq.

Şou təqdimat texnologiyaya marağı olan uşaqlar və valideynlər üçün nəzərdə tutulub.

Proqram çərçivəsində FRC robotunun canlı təqdimatı, robot simulyasiya yarışları və interaktiv texnoloji fəaliyyətlər reallaşacaq.

Ziyarətçilər, həmçinin “Qarabağ” FK-nın simvollarından “Kəhəri” və “Şokki Moki” maskotları ilə görüşərək xatirə şəkli çəkdirmək fürsəti qazanacaqlar.

Tədbir zamanı müxtəlif oyunlar, sürprizlər və hədiyyələr də təqdim olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 18:10 Çək və bizə göndər!