“Qarabağ”ın “Lester Siti”nin yarımmüdafiəçisi ilə anlaşması mümkündür?

13:00 Qarabağ 513
“Qarabağ”ın “Lester Siti”nin yarımmüdafiəçisi ilə anlaşması mümkündür?

“Qarabağ”ın “Lester Siti”nin yarımmüdafiəçisi Həmzə Çudhura təklif göndərdiyi yönündə xəbərlər yayılıb.

Sosial şəbəkələrdə tirajlanan informasiyalara görə, Ağdam təmsilçisi 27 yaşlı futbolçunun xidmətində maraqlı olub və tərəflər arasında ilkin danışıqlar aparılıb.

Lakin Çudhur karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirmək istədiyi üçün təklifi geri çevirib

Qeyd edilir ki, banqladeşli bir neçə Çempionşip və Superliqa klubu da maraq göstərir. Bu səbəbdən yarımmüdafiəçi hazırda daha yüksək səviyyəli liqalardan gələcək dəvətləri dəyərləndirməyə üstünlük verir.

Həmzə Çudhur karyerası ərzində “Lester Siti” ilə yanaşı, icarə əsasında “Uotford” və “Şeffild Yunayted”də forma geyinib. O, həmçinin Banqladeş millisinin üzvüdür.

“Qarabağ”dan aldığımız məlumata görə, “Lester Siti”nin oyunçusu artıq onların gündəmində deyil. çünki qarşı tərəfin maliyyə tələbləri klubun müəyyənləşdirdiyi maaş həddini aşır.

Həmzə illik olaraq 2 milyon avrodan artıq məvacib istəyib, üstəlik, digərlərindən yüksək bonuslar əldə etmək şərti irəli sürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!