Çin klubunun da istədiyi hücumçu üçün "Qarabağ"dan 3 milyon avro tələb etdilər

14 Yanvar 11:00 Qarabağ 2 930
Çin klubunun da istədiyi hücumçu üçün "Qarabağ"dan 3 milyon avro tələb etdilər

"Akademiko" (Portuqaliya) "Qarabağ"ın transfer hədəflərindən olan hücumçusu Andre Klovisin qiymətini müəyyənləşdirib.

Sportinfo.az məşhur insayder Felipe Silvaya istinadən xəbər verir ki, Vizeu təmsilçisi braziliyalı hücumçu üçün 3 milyon avro tələb edir.

28 yaşlı forvardla "Qarabağ"la yanaşı, Çindən "Uhan Fri Tauns" da maraqlanır.

Andre Klovis 2025-ci ilin yayından "Qarabağ"ın transfer siyahısında yer alır. O, cari mövsümdə meydana çıxdığı 20 oyunda 15 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti