Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” yanvarın 16-da Polşadan “Zaqlebie Lubin” ilə yoxlama oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi ilə əldə olunan razılaşmaya əsasən matç “Sport TV” kanalı vasitəsilə canlı yayımlanacaq.
Bundan öncə "Qarabağ" Özbəkistanın "Neftçi" komandası ilə yoxlama matçına çıxıb. Ağdam təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.

