Bu sual “Qarabağ”ın legionerini güldürdü: “Mənim nə vaxt qarnım olub ki?”

13 Yanvar 23:20 Qarabağ 150
Bu sual “Qarabağ”ın legionerini güldürdü: “Mənim nə vaxt qarnım olub ki?”

“Tək mən yox, hamımız düşərgəyə yaxşı formada qayıtmışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın kolumbiyalı legioneri Kevin Medina deyib.

10 günlük istirahətdən qayıtmasına baxmayaraq, “Tank” ləqəbli müdafiəçinin fiziki cəhətdən kifayət qədər hazırlıqlı görünməsi diqqət çəkməyə bilməz.

Cənubi amerikalı əməkdaşımızın ona ünvanladığı “nə əcəb, Kolumbiyadan qarınsız, artıq çəkisiz qayıtmısan” sualını özünəməxsus şəkildə cavablandırıb:

“Nə vaxt qarnım olub ki? (gülür) Ona görə də baş məşqçimizin əhvalı yerindədir.

Hazırlıq dönəmində daha çox çalışmalıyıq ki, qarşıdakı dönəmdə istədiyimiz nəticələri əldə edə bilər. Bizi çətin qrafik və vacib oyunlar gözləyir”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!