Sportinfo.az xəbər ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer planları ilə bağlı danışıb.
Antalya toplanışında olan Ağdam klubunun çalışdırıcısı jurnalistlərə müsahibəsində qeyd edib ki, hazırda uğurlu transfer danışıqları aparılır:
“Mənim də elə qarşıya qoyduğum bir neçə vacib, həyata keçiriləsi işlərdən biri transfer məsələsidir. Çox istərdim ki, bir neçə transfer edək.
Danışıqlar, axtarışlar gedir. Hardasa uğurlu olan danışıqlar da var.
Qarşıdakı günlərdə yenə də bu mövzuya qayıdarıq”.

