“Qarabağ”lı ulduz məşhur xanımı ilə şəkillər paylaşıb, arzularını dilə gətirdi - FOTOLAR

16:40 Qarabağ 333
“Qarabağ”lı ulduz məşhur xanımı ilə şəkillər paylaşıb, arzularını dilə gətirdi - FOTOLAR

“İntizam, dözümlülük və vizyonla yazılan daha bir fəsil bağlandı. Xarakteri formalaşdıran, əlaqələri gücləndirən və məqsədəuyğun bir il oldu”.

“Qarabağ”ın futbolçusu Marko Yankoviç bu sözləri sosial şəbəkə hesabında yazıb.

30 yaşlı monteneqrolu yarımmüdafiəçi xanımı və oğlu ilə 2025-ci ildə çəkilən şəkilləri izləyicilərinə təqdim edib.

Son vaxtlar “Qarabağ”dan ayrılacağı ilə bağlı gündəmə gələn Yankoviç 2026-cı ildən gözləntilərini barədə yazıb:

“Yeni ilə birlikdə, minnətdar və diqqətli qədəm qoyur, haradan gəldiyimizə hörmətlə və hara getdiyimizə dair aydınlıqla addımlayırıq.

Qoy qarşıdakı il sağlamlıq, firavanlıq və davamlı sülh gətirsin. Yaratdığımız şeylər müəyyən dövrdən sonra da davam etsin və nəsillər boyu danışılsın.

Heç vaxt solmayan dəyərlərə əsaslanan şeylərin zamanla həll olunacağına əmin olun”.

Maraq üçün bildirək ki, “köhlən atlar”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər davam edən Markonun xidmətində Yaponiya və Kipr klubları maraqlıdır.

Lakin baş məşqçi Qurban Qurbanov “8 nömrə”nin azı mövsümün sonuna qədər “Qarabağ”da qalmasını istəyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti