“Onunla maraqlandıq, sonradan “Qarabağ”dan bu transferin baş tutmayacağını anladıq”

19:20 Qarabağ 140
“Onunla maraqlandıq, sonradan “Qarabağ”dan bu transferin baş tutmayacağını anladıq”

Bir neçə gündür həm Polşa, həm də Azərbaycan mediasında “Vidzev” (Lodz) klubunun “Qarabağ”ın qapıçısı Mateuş Koxalskini istədiyinə dair xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, futbolinfo.az-a açıqlama verən polşalıların idman direktoru Dariuş Adamçuk bu məlumatı təsdiq edib.

Lakin o, artıq Koxalski transferindən imtina etdiklərini, yeni qapıçı ilə anlaşdıqlarını bildirib:

“Biz Mateuşla maraqlandıq. Lakin sonradan bu transferin baş tutmayacağını anladıq.

Çünki “Qarabağ” Çempionlar Liqasında çıxış edir və bu itki onlar üçün problem olardı.

Komandamız isə artıq yeni qapıçı ilə anlaşıb. Biz “Panatinaikos”dan Bartek Draqovskini heyətə qatdıq”.

Digər Xəbərlər
Xəbər Lenti