Məşhur klub "Qarabağ"a 3 milyon avro verir… SON DƏQİQƏ XƏBƏRİ

15:00 Qarabağ 759
Məşhur klub "Qarabağ"a 3 milyon avro verir… SON DƏQİQƏ XƏBƏRİ

Fransanın məşhur klublarından olan "Sent-Etyen" "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevlə maraqlanır.

Bu haqda “butfootballclub.fr” yazıb.

Bildirilib ki, Elvinin bu qış transfer edilməsi üçün "Qarabağ"la danışıqlar gedir.

Xəbərdə qeyd edilib ki, Cəfərquliyev bir neçə ildir "Qarabağ"ın uğurlarında böyük rol oynayır, xüsusən Avropa turnirlərindəki çıxışları ilə diqqət çəkir. Yazıda

25 yaşlı cinah oyunçusunun 2025-ci ildə Azərbaycanın ən yaxşısı seçildiyi və bu mövsüm sabit çıxışı ilə seçildiyi qeyd olunub.

"Sent Etyen"in son illərdə bir neçə gənc aldığı və Cəfərquliyevin də bu siyasətə uyğun bir seçim olduğu bildirilib.

"Sent Etyen" hazırda Liqa 2-də çıxış edir və 18 turdan sonra 31 xalla 4-cü pillədə qərarlaşıb.

Onlarla "Qarabağ" arasında əlaqələr 2023-cü ildə yaranıb. "Köhlən atlar" seneqallı hücumçu İbrahima Vadjini həmin ilin sentyabrında 1,8 milyon avro qarşılığında fransızlara satıb.

Aldığımız məlumata görə, "Sent Etyen" hazırda Azərbaycan çempionuna daha çox təzminat təklif edir.

Liqa 2 mənsubu müqaviləsi davam eləyən Elvini almaq üçün 3 milyon avro ödəməyə hazırdır. Qarşı tərəf göstərilən məbləği iki dəfəyə ödəməyə razıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti