"Qarabağ"la razılaşdı, klublar dil tapmadı, ruslar aldı

13 Yanvar 14:20 Qarabağ 2 107
"Qarabağ"la razılaşdı, klublar dil tapmadı, ruslar aldı

"Qarabağ"ın ötən yay prinsipial razılıq əldə etdiyi Mali yığmasının futbolçusu Bubakar Konte karyerasını Rusiyada davam etdirəcək.

Spotinfo.az Afrika mətbuatına istinadən xəbər verir ki, Gürcüstanda "Dila"nın şərəfini qoruyan 24 yaşlı hücumçu Moskva "Torpedo"su ilə razılaşıb.

O, paytaxt təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.

Bubakar Kontenin 2025-ci ilin yayında "Qarabağ"la razılıq əldə etdiyi, lakin "Dila" ilə ortaq məxrəcə gələ bilmədiyi üçün bu keçidin baş tutmadığı barədə məlumatlar yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA