Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb.
Sportinfo.az xəbər verir ki, “Gloria Sports Arena”da Özbəkistandan “Neftçi” (Fərqanə) ilə qarşılaşan “köhlən atlar” 5:0 hesablı qələbə qazanıblar.
Ağdamlıların heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı yanvarın 16-da, Polşanın “Zaqlebie Lubin” kollektivinə qarşı olacaq.


