"Şamaxı”nın hücumçusu Davud Mənsumov karyerasını ölkə xaricində davam etdirə bilər.
Onun xidmətində Latviyanın "Dauqavpils" klubu maraqlıdır.
Hazırda forvardla Avropa təmsilçisi arasında aktiv danışıqlar gedir.
U-17 millimizin üzvü müqavilə ilə “Qarabağ”a məxsusdur. O, ötən mövsüm sınaq matçlarında əsas komandada debüt edib və 2 qol vurub.
"Şirlər" gənc oyunçunu 2025-ci ilin yayından icarə əsasında heyətinə cəlb edib.
19 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 2 oyunda iştirak edib.
XANOĞLAN / SPORTİNFO.AZ

