"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar.
Sportinfo.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
"Futbolçular pis istirahət etməyiblər. Xəstələndikləri üçün kollektivə qoşulmayanlar var idi.
Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər", - təcrübəli mütəxəssis vurğulayıb.
O, klubda maliyyə ilə bağlı sıxıntının olmadığını söyləyib:
"Hazırda yoxlama oyunlarında güclü rəqiblərlə üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız kollektivlər də ciddidir".
"Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

