Juninyo Olavionun “Qarabağ”a dönməməsinin səbəbi müəyyənləşib.
Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, “Flamenqo” onu Azərbaycan çempionu da daxil olmaqla Avropa klublarına müqavilə şərtlərinə görə buraxmayıb.
Halbuki 29 yaşlı forvardın ilk arzusu ölkəmizə qayıtmaq olubmuş. Juninyo yenidən Avropada çıxış etməyi planlaşdırırdı.
Lakin “köhnə dünya” təmsilçilərinin təklifləri “Flamenqo” rəhbərliyini qane etməyib. Meksikanın “Pumas” klubunun 5 milyon avroluq təklifi və birdəfəlik transfer etmək istəyi “Flamenqo” tərəfini çox düşündürməyib.
Braziliya Futbol Konfederasiyası artıq dünən Juninyonun “Flamenqo”dan ayrılmasını rəsmən təsdiqləyib. Anlaşmaya əsasən, “Pumas” 5 milyon avronu hissə-hissə deyil, birdəfəlik ödəyəcək.
Juninyo 2023-cü ilin yayından 2025-ci ilin yanvarına qədər “Qarabağ”da çıxış edib. Ağdam klubu onu “Flamenqo”ya 5 milyon avroya satıb.

