“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti təqdirəlayiq addımla diqqət çəkib.
Təcrübəli çalışdırıcı 15 yaşlı futbolçunu əsas komandanın məşqlərinə cəlb edib.
Söhbət U-16 millimizin də şərəfini qoruyan Əli Bəşirovdan gedir.
Ötən ildən etibarən “Qarabağ”ın 17 yaşlılardan ibarət komandasına cəlb olunan universal futbolçu xeyli vaxtdır Qurbanovun nəzarətindədir.
Baş məşqçi Əlini millinin heyətində III MDB oyunlarında izləməklə yanaşı, “Qarabağ”dakı çıxışlarına da göz qoyub.
Odur ki, hər iki ayağı işlək olan hücumda və yarımmüdafiədə oynamaq bacarığına sahib yeniyetməni əsas komandaya dəvət edərək onu Antalyaya aparıb.
Maraq üçün bildirək ki, Bəşirov ötən ilin oktyabr ayında ölkəmizdə təşkil olunan III MDB oyunlarında vurduğu 4 qolla bombardir adını qazanıb.
HƏBİB / SPORTİNFO.AZ

