"Qarabağ" ölkəni tərk etdi - Yolüstü FOTOLAR

10 Yanvar 19:20 Qarabağ 1 250
"Qarabağ" ölkəni tərk etdi - Yolüstü FOTOLAR

Qarabağ” qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə yollanıb.

Sportinfo.az xəbər verir ki, komanda bir qədər əvvəl Antalyaya yola düşüb.

Qurban Qurbanovun komandası hazırlığını yanvarın 17-dək Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti