Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”

10 Yanvar 20:20 Qarabağ 342
Qurban Qurbanov: “Şəxsi həyatımla bağlı danışmağı xoşlamıram”

“Şəxsi həyatım da futbolla bağlıdır.

Arzum futbolda sizin, azarkeşlərin inamını itirməməkdir”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, jurnalistin “futbolla bağlı hədəfiniz və şəxsi həyatınızla bağlı 3 arzunuz nədir” sualına belə cavab verib:

“Şərt deyil ki, çempion olaq, kubok qazanaq. Mənə qarşı inam həmişə qalsın. Bu mənim üçün ən böyük amil olub.

Şəxsi həyata gəldikdə, bu barədə danışmağı çox da xoşlamıram. O, başqa mövzudur. Hər yerdə istəyərəm ki, güvənim itməsin.

Futboldan uzaq qalmaq mümkün deyil. Hara getsəm, yenə futbolu müzakirə edirlər.

Son vaxtlardakı məğlubiyyətləri müzakirə edirdilər. Bir neçə nəfəri çıxmaq şərtilə məni başa düşən 3-4 nəfər idi.

Qalanlar isə yarı zarafat da olsa, “filankəsi niyə dəyişmədin?”, “bu niyə belə oldu?” kimi fikirlər bildirirdilər (gülür).

Əfsuslar olsun ki, bundan qaça bilmədim. Başlayanda deyirlər ki, “düzünü sən bilirsən, amma bu niyə belə oldu?”

Ən yaxınlarım var ki, 3-4 nəfər bu barədə heç nə demirlər. Daim yanımda olurlar, motivasiya verirlər.

İnanın ki, əgər futbolçularım sağlam qayıdırlarsa, hər məşqdə sağlam, istəkli olurlarsa, bu mənim üçün istirahətdir.

İstirahət etsəm də, görsəm ki, məşqim, futbolçularım yaxşı deyil, istirahətimin üstündən xətt çəkilir”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar