Səs-küylü və sürpriz transferlər edən klub sahibi onu da “Qarabağ”dan alacaq?

10 Yanvar 11:20 Qarabağ 1 098
Səs-küylü və sürpriz transferlər edən klub sahibi onu da “Qarabağ”dan alacaq?

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski daha bir klubun maraq dairəsinə düşüb.

Sportinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiperin ölkəsinə qayıtmaq variantı yaranıb.

“Qarabağ”dakı uğurlu çıxışı ilə aparıcı futbol ölkələrində klubların maraq dairəsinə düşən Koxalski uğrunda “Vidzev” də mübarizəyə qoşulub.

Düzdür, Lodz təmsilçisinin şansı elə yüksək qiymətləndirilmir. Çünki Çempionlar Liqasındakı performansdan sonra Koxalskinin tezliklə həm Polşa millisinə çağırılması, həm də daha böyük klublardan birinə keçməsi gözlənilir.

Ancaq “Vidzev”in sahibi Robert Dobyetski Polşada səs-küylü və sürpriz transferlər etməklə məşhurdur. Bu da lodzluların ümidini artıran məqamdır.

Koxalskinin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

- Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 08:20 Bakıda UEFA-nın "B" kursu
10 Yanvar 07:40 "Qaz pulu" tarixə qovuşur
10 Yanvar 07:30 Metroda yeni GEDİŞ HAQQI
10 Yanvar 03:30 Uğur "Naxçıvan"ın oldu
10 Yanvar 02:50 10 oyunun vaxtı
10 Yanvar 02:00 Onunla da vidalaşdılar