Kevin Medina: “İndi çox gümraham, özümü yenilənmiş hiss edirəm”

9 Yanvar 23:00 Qarabağ 213
Kevin Medina: “İndi çox gümraham, özümü yenilənmiş hiss edirəm”

“Bayramlar zamanı vətənim Kolumbiyada idim. Ailəm və doğmalarımla vaxt keçirməyə çalışdım”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Kevin Median deyib.

Kolumbiyalı legioner istirahət dönəmindən maksimum yararlanıb, yorğunluğu üzərindən atmağa nail olub.

Dinləyək:

“İndi çox gümraham, özümü yenilənmiş kimi hiss edirəm. Yeni ildə, Milad bayramında sevdiklərimin əhatəsində oldum.

Mənim üçün bundan gözəl istirahət ola bilməzdi. Çox xoşbəxtəm.

Əhval-ruhiyyəm yüksəkdir və böyük həvəslə qarşıdakı oyunlara hazırlaşıram”.

Maraq üçün bildirək ki, “Qarabağ” 2026-cı ildə ilk rəsmi görüşünü “Frankfurt”a qarşı keçirəcək.

Yanvarın 21-də baş tutacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!