Ramil Şeydayev Qurban Qurbanovu necə xilas etdi? - MARAQLI VİDEO

9 Yanvar 20:00 Qarabağ 924
Ramil Şeydayev Qurban Qurbanovu necə xilas etdi? - MARAQLI VİDEO

Baş məşqçi Qurban Qurbanov jurnalistlərə “Qarabağ”ın bugünkü məşqçinin ilk 15 dəqiqəsini izləmək imkanı yaratmışdı.

Futbolçuların istirahətdən sonrakı əhval-ruhiyyəsinə əsasən demək olar ki, yorğunluğun çox hissəsini canlarından atıblar.

Hazırlıq zamanı hər biri istəkli görünürdü ki, məhz bu məqam “Ayntraxt”la vacib qarşılaşma öncəsi çox önəmlidir.

Məşqin gedişində yerli futbolçular bir, legionerlər digər qrupa ayrılıb, “Qarabağ”a xas qısa ötürmələrlə top saxlamaq üzərində çalışırdı.

Həmin an Qurban Qurbanovun azərbaycanlılara qoşulub özünü futbolçulardan biri kimi hiss etməsi diqqətdən yayınmadı.

Təcrübəli çalışdırıcı ani qərarları ilə yetirmələrinə örnək olmağı bacarırdı. Yalnız bir vəziyyətdə topu tək toxunuşla ünvanına çatdıra bilmədi ki, “orttaya girmək” funksiyasını Ramil Şeydayev üzərinə götürdü.

Millimizin keçmiş üzvü baş məşqçisinə jest edərək özünü mübarizəyə atdı.

HƏBİB / SPORTİNFO.AZ

Maraqlı anların görüntüləri ilə aşağıdakı videoda tanış ola bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!
9 Yanvar 03:10 "Lənkəran" QAZANDI