Mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" növbəti məşqinə çıxıb.
Sportinfo.az xəbər verir ki, hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Qurban Qurbanovun yetirmələri "Azərsun Arena"da müxtəlif təmrinləri yerinə yetiriblər.
"Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

