"Liverpul" klubu tərəfindən UEFA Çempionlar Liqasının sonuncu - VIII turunda "Qarabağ"la keçiriləcək oyunda azərbaycanlı azarkeşlərə ayırdığı bilet sayı məlum olub.
Sportinfo.az xəbər verir ki, komandanı "Enfild" stadionunda 1250 nəfər azarkeş dəstəkləyəcək.
Qarşılaşma yanvarın 28-də baş tutacaq.
İngiltərə mətbuatında daha öncə "Qarabağ" tərəfdarları üçün 2000 nəfərlik yerin ayrıldığı, yerli azarkeşlərin oyuna böyük marağına görə isə bu sayın azaldıldığı barədə xəbərlər yayılıb.

