Qurban Qurbanovdan XƏBƏR VAR - Dəyişiklik edildi

8 Yanvar 20:20 Qarabağ 2 465
Qurban Qurbanovdan XƏBƏR VAR - Dəyişiklik edildi

Yanvarın 9-da “Qarabağ”ın media nümayəndələri üçün təşkil olunacaq açıq məşq və mətbuat konfransının vaxtında dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, saat 11:15-də “Azersun Arena”nın media otağında komandanın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Ardınca, saat 11:45-də “Azersun Arena”nın təlim-məşq bazasında media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) baş tutacaq.

“Qarabağ” qış hazırlığına 3 yanvar tarixində start verib və 10 yanvaradək Bakıda məşqlərini davam etdirəcək.

Təlim-məşq toplanışının ikinci mərhələsi isə 10-17 yanvar tarixlərində Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti