“Onlar özlərini “Qarabağ”a göstərmək üçün əla vitrin tapıblar”

8 Yanvar 16:20 Qarabağ 599
“Onlar özlərini “Qarabağ”a göstərmək üçün əla vitrin tapıblar”

“Zaqlebie”nin Türkiyə toplanışı çərçivəsində “Qarabağ”la yoxlama görüşü keçirməyi planlaşdırması Polşa mətbuatında geniş müzakirə mövzusuna çevrilib.

Sportinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, lublinlilər bunu qış fasiləsinin ən ciddi sınağı hesab edirlər.

“Zaqlebie” Belek toplanışı zamanı “Karvina” (Çexiya), “Jeleziarne” (Slovakiya), “Levski” (Bolqarıstan) və “Vidzev”lə (Polşa) də yoxlama görüşündə üz-üzə gələcək. Lakin polşalıların fikrincə, ən çətin rəqib məhz “Qarabağ”dır.

Azərbaycan çempionunun hazırda Çempionlar Liqasında mübarizə aparması, bu turnirdə “Kopenhagen” (Danimarka) və “Benfika” (Portuqaliya) üzərində qələbə qazanıb, “Çelsi” (İngiltərə) ilə heç-heçə etməsi xüsusi vurğulanıb:

“Qarabağ” kimi rəqiblə oynamaq həm “Zaqlebie”nin işinə necə ciddi yanaşdığını göstərir, həm də futbolçular özlərini göstərmək üçün əla vitrin tapıblar”.

“Qarabağ”la “Zaqlebie” arasında oyun yanvarın 16-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti