Azərbaycan millisinin hücumçusu Renat Dadaşov "Motor”un onu transferə çıxarmasından sonra yeni komanda axtarışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı forvard "Qarabağ" daxil olmaqla, bir neçə kluba təklif edilib.
Azərbaycan çempionu onu heyətinə qatmaq istəməyib.
Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Ayntraxt”, “Eştoril”, “Vulverhempton”, “Pakoş de Ferreyra”, “Qrasshoppers”, “Tondela”, “Hatayspor”, “Ankaragücü” və “Radomyak”da oynayıb.


