“Qarabağ”ın İsveçdə “Myallbü”nün formasını geyinən Abdullah İqbalın transferinə çalışdığı iddia olunur.
Bu haqda Pakistan mətbuatı növbəti dəfə xəbər yayıb.
Yerli həmkarlarımızın yazdığına görə, Azərbaycan çempionu mərkəz müdafiəçisi üçün klubu ilə danışıqları davam etdirir.
Lakin Ağdam təmsilçisi bu mübarizədə tək deyil. Belçikadan “Gent” və Macarıstandan “Ferensvaroş” da 23 yaşlı futbolçuyla maraqlanır.
Buna baxmayaraq, Pakistan mətbuatı millinin aparıcı oyunçusunun “Qarabağ”a bir addım yaxın olduğunu yazıb.
Bunda Azərbaycan çempionunun Çempionlar Liqasının Liqa mərhələsində iştirak etməsi də mühüm rol oynayır. İqbalın transfer dəyəri 2 milyon avroya bərabər göstərilir.
Onun “Myallbü” ilə müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir. O, Danimarkada dünyaya gəlib və bu ölkədə “B93”ün yetirməsidir.
2024-cü ildən “Myalbü”də forma geyinən pakistanlının “Qarabağ“a gəlişi nə dərəcədə realdır?
Klubdan aldığımız məlumata görə, İqbal namizədlər siyahısında yer alıb. Özü də Qurban Qurbanov asiyalını yenicə gözaltı etməyib.
Millinin üzvü 1 ildən artıqdır ki, «köhlən atlar»ın baş məşqçisinin maraq dairəsinə daxildir.
“Myallbü” bu keçidin gerçəkləşməsinə «yox» demir. Sadəcə, təzminat tələbi «Qarabağ»a bir qədər çox gəlir.
Belə ki, İsveç klubu ona görə 1,7 milyon avro əldə etməyi hədəfləyib.
SPORTİNFO.AZ

