“Qurban Qurbanov haqqında kitab yazmaq olar”

7 Yanvar 09:20 Qarabağ 232
“Qurban Qurbanov haqqında kitab yazmaq olar”

“Onun haqqında kitab yazmaq olar”.

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın legioneri Marko Yankoviç "Mozzart Sport" portalına açıqlamasında deyib.

Monteneqrolu yarımmüdafiəçi baş məşqçisi Qurban Qurbanov haqqında yüksək fikirlər səsləndirib:

“O, ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da keçir.

‘Qarabağ’ hər kəs üçün olan bir klub deyil, amma Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.

Nəşr yazıb ki, doğma şəhəri uzun müddət işğal altında olduğu üçün ev oyunlarını Bakıda keçirən “Qarabağ” Avropa matçlarında 30 mindən çox azarkeş toplayır.

Yankoviç klubun son illər Avropada populyarlığının xeyli artdığını, lakin daxili çempionatda tribunaların daha boş olduğunu vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti