“Qarabağ” onunla bağlı qərar verdi

6 Yanvar 21:20 Qarabağ 3 192
“Qarabağ” onunla bağlı qərar verdi

“Qarabağ”dan ayrılacağı deyilən Marko Yankoviç karyerasını Azərbaycanda davam etdirəcək.

Bununla bağlı qərar rəhbərliklə baş məşqçi arasındakı müzakirələrin nəticəsi olaraq verilib.

Qurban Qurbanov komandanı qarşıda Çempionlar Liqasıda iki vacib matç gözlədiyini diqqətə çatdırıb.

Bununla yanaşı, ölkədaxili yarışlarda uğur qazanmağın və yayda növbəti dəfə Çempionlar Liqasında iştirakın mühüm olduğunu bildirib.

Kadi Borgesin zədədən əziyyət çəkməsi fonunda Yankoviçin də “köhlən atlar”ı tərk etməsi komandanın oyununa birbaşa təsir edə bilər. Təcrübəli çalışdırıcını ən çox narahat edən budur.

Onsuz da Markonun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Odur ki, ayrılıqla bağlı planını cari mövsümün sonuna qədər təxirə salmağa məcburdur.

Monteneqro millisinin də şərəfini qoruyan 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klublar mövsümün sonuna yaxın “Qarabağ”a təmasa keçə bilər.

Məhz o dönəmdə alqı-satqı məsələsi yenidən gündəmə gələcək.

2022-ci ilin yayından ağdamlıların uğurları üçün tər tökən Yankoviç geridə qalan müddətdə bütün yarışlarda 147 oyunda meydana çıxmaqla 12 qol vurub, 17 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!