“Ən uzun dövrü bu klubda keçirmişəm".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç "Mozzart Sport" portalına açıqlamasında deyib.
Monteneqrolu legionerin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Gələcəyi ilə bağlı danışarkən o, komandadan ayrıla biləcəyinin mesajını verib:
“Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. ‘Qarabağ’dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.
2022-ci ildən "Qarabağ"da çıxış edən Marko Yankoviçin başqa klublardan təkliflər alması ilə bağlı xəbərlər yayılıb.

