Qurban Qurbanov sevinir - İkisi qayıtdı, qaldı ikisi

5 Yanvar 22:20 Qarabağ 11 375
Qurban Qurbanov sevinir - İkisi qayıtdı, qaldı ikisi

“Qarabağ” qış toplanışına start verib.

Yanvarın 2-nə qədər dincəlmək hüququndan yararlanan komanda üzvləri ertəsi bazada bir araya gəlib.

Premyer Liqanın birinci yarısının son oyunlarında “köhlən atlar” zədəlilərin çoxluğundan əziyyət çəkirdi.

Kadi Borges, Şahurddin Məhəmmədəliyev, Joni Montiel və Abbas Hüseynov məhz zədə səbəbindən bəzi matçları kənardan izləmişdi.

Adları çəkilənlərdən ikisi kollektiv çalışmalara start verib.

Söhbət Hüseynovla Montieldən gedir. Hər iki futbolçunun durumu yaxşılığa doğru dəyişdiyindən, qış toplanışının ilk günlərindən komanda ilə birlikdə hazırlıq keçiblər.

Hər ikisi Antalyadakı yoldaşlıq görüşlərində meydana çıxmaq imkanına sahib olacaq. Kadi ilə Şahruddin isə bir müddət gözləməlidirlər.

Yeri gəlmişkən, yanvarın 9-nə qədər Bakıda hazırlıq keçəcək “Qarabağ” ertəsi Türkiyəyə yola düşəcək.

10-17 yanvar aralığında Antalya şəhərinin Bələk bölgəsində məskunlaşacaq Ağdam təmsilçisi ayın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə), 16-da Polşanın “Zaqlebie Lubin” komandaları ilə yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu