“Qarabağ”ın vacib adamından YENİ XƏBƏR VAR!

5 Yanvar 19:40 Qarabağ 1 480
“Qarabağ”ın vacib adamından YENİ XƏBƏR VAR!

“Qarabağ”ın zədəli futbolçuları bir-bir sıraya qayıdır.

Abbas Hüseynovla Joni Montiel qış toplanışının ilk günündən etibarən kollektiv çalışmalarda iştirak etməkdədir.

Noyabrda sıradan çıxan Kadi Borges də Bakıya gələrək məşqlərə başlayıb. Lakin indiki məqamda həkimlərin qurduğu proqrama əsasən fərdi hazırlıqla kifayətlənir.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçunun yaşıl meydanlara dönüşü bu ay baş tuta bilər.

Təbii ki, bərpa prosesi nəzərdə tutulan plana uyğun davam etsə. Yəni ortaya hansısa əmma çıxmasa.

Borges “Qarabağ”la birlikdə Antalyaya yollanıb, məşqlərə davam edəcək. Mümkündür ki, Türkiyədə kollektiv məşqlərə qoşulsun.

Ən pis halda bu ayın sonuna qədər komanda hazırlıqlarında iştirakı ehtimal olunur.

Yanvarın 21-də Çempionlar Liqasında “Ayntraxt”, 8 gün sonra “Liverpul”la görüşlərdə “Qarabağ”a kömək edəcəyi inandırıcı görünür?

O qədər də ağlabatan deyil. Hətta adı bu oyunların iştirak ərizəsinə daxil edilsə belə, baş məşqçi Qurban Qurbanovun risk edəcəyi inandırıcı deyil. Bəlkə də İngiltərədəki qarşılaşmada bir neçə dəqiqə şans qazana bilər.

“Qarabağ”ın vacib oyunçularından sayılan Kadi Borges ötən ilin noyabrın 5-də Bakıda baş tutan “Qarabağ” – “Çelsi” matçının (2:2) ilk yarısında zədələnib meydanı vaxtından əvvəl tərk etmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu