“Qarabağ”dan ikinci oyunçuya da iddia etdilər - SON DƏQİQƏ

5 Yanvar 13:00 Qarabağ 1 762
“Qarabağ”dan ikinci oyunçuya da iddia etdilər - SON DƏQİQƏ

«Qarabağ»dan daha bir futbolçu Premyer Liqada qalmaq uğrunda mübarizə aparan «İmişli»nin hədəfindədir.

Debütant Hikmət Cəbrayılzadədən sonra «köhlən atlar»dan Amin Rzayevə göz dikib.

Aran təmsilçisi sol cinah müdafiəçisini icarəyə götürmək üçün ölkə çempionuna müraciət edib.

Kamran Eyyubovun prezidenti olduğu klub 16 yaşlı yeniyetmə ilə ilyarımlıq müqavilə bağlamaq istəməsi barədə «Qarabağ»ı məlumatlandırıb.

Ağdamlılar hazırda gözləmə mövqeyindədir. Yekun qərarı Qurban Qurbanov verəcək.

Təcrübəli mütəxəssis hələlik «İmişli»nin təklifinə reaksiya bildirməyib. Yəqin ki, qarşıdakı günlərdə mövqeyini ortaya qoyacaq.

“İmişli” elitanın 16 turu ərzində 17 xal toplayıb. Bu nəticə ilə qış fasiləsinə turnir cədvəlinin doqquzuncu pilləsində yollanıblar.

SPORTİNFO.AZ

photo

Digər Xəbərlər
Xəbər Lenti
5 Yanvar 18:10 Çək və bizə göndər!