"Qarabağ"la aramda hər hansı rəsmi əməkdaşlıq yoxdur".
Bunu Sportinfo.az-a açıqlamasında "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyevlə ilə birlikdə OBASA Oyunları 2025 turniri çərçivəsində Nigeriyaya səfər etmiş Etibar İbrahimov deyib.
Mütəxəssis davamında təklifin ondan gəldiyini bildirib və Afrikada keçən 1 həftəlik görüşün detalları barədə danışıb:
"Nigeriyaya ikinci səfərim idi. Həm Nigeriya Futbol Federasiyanın rəhbəri, həm də Laqos şəhərinin spikeri ilə çox isti münasibətlərimiz var.
"Qarabağ" sevindirici haldır ki, ölkə hüdudlarından kənarda çox yaxşı tanınır. Gördükləri müsbət işlər tək Avropa yox, Asiya və Afrikada da populyarlıq qazandırıb.
Son illər Aftandil Hacıyev "Qarabağ" akademiyasında yaxşı işlər görür. "Qəbələ"də çalışdığı zamandan Nail Kərimovla yaxşı münasibətlərimiz var.
Nigeriyalılar üçün "Qarabağ" çox maraqlı idi. Həm Aftandil Hacıyev, həm də Nail Kərimov bu təklifimə isti yanaşdı.
Çox maraqlı səfər oldu. Bir həftədən artıq orada turnirə tamaşa etdik.
Bizi çox isti qarşıladılar. Aftandil müəllim öz qeydlərini apardı.
Bundan başqa yerli məşqçilərə, futbol adamlarına "Qarabağ" barədə məlumat verdi. Məncə, çox səmərəli səfər oldu".
XANOĞLAN

