"Loryen" "Qarabağ"ın transfer etmək istədiyi Samba Sumanoya müqavilə müddətini artırmağı təklif edib.
Sportinfo.az “Ouest-France” portalına istinadən xəbər verir ki, Sumanın “Loryen”lə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir, l
akin Fransa klubu 24 yaşlı futbolçunun müqavilənin müddəti bitdikdən dərhal sonra azad agent kimi ayrılacağından ehtiyat edir.
Yeni təklif müqaviləni daha iki mövsüm uzadacaq. Lakin Soumano hələ qərar verməyib.
"Qarabağ" ötən yay Sumano ilə müqavilə imzalamaq istəsə də, "Loryer”lə razılığa gələ bilməmişdi.
Dekabrın əvvəlində isə Ağdam klubu yeni təklif irəli sürüb və ilkin razılıq əldə edilib. Amma o vaxtdan bəri hansısa irəliləyiş olmayıb.

