“Qarabağ” Belçikanın II Liqa təmsilçisi “Lyej”in hücumçusu Umar Diufu heyətinə cəlb etməyə çalışır.
Bu barədə Belçikanın "Walfoot" nəşri məlumat yayıb.
Xəbərdə Ağdam təmsilçisinin 22 yaşlı futbolçu üçün onun klubuna 1,2 milyon avro təzminat təklif etdiyi, qarşı tərəfin isə bunu qəbul etmədyi bildirilib.
“Lyej”in seneqallı forvard üçün 1,5 milyon avro istəmədiyi qeyd olunub.
Umar Diufla Belçikadan "Gent", "Sint-Truiden", OHL və "Cercle Brügge", xaricdən isə "Qarabağ", Kipr təmsilçisi "Pafos" və adı açıqlanmayan İngiltərə Çempionşip klubunun maraqlandığı da bildirilir.
Umar Diuf bu mövsüm Belçikanın 2-ci liqasında 18 oyuna 8 qol vurub və 2 qol ötürməsi edib.
Onun “Lyej” ilə 2026/2027-ci illər mövsümünün sonunadək müqaviləsi var. O, bu ilin yayında "Çaykur Rizespor"dan (Türkiyə) "Lyej"ə keçib.
"Sportinfo TV"də yayımlanan "Futbol Manşet"in qonağı olan Amit Quluzadə bu transferi mümkün hesab edir.
Gənc mütəxəssisin fikrincə, "Qarabağ" Avropada qazandığı ardıcıl uğurlarla böyük transfer bazarına çıxış imkanı yaxalayıb.
Müsahibin dediyinə görə, "köhlən atlar" illərdir eyni seleksiya fəaliyyəti aparır və yalnız öz üslubuna yaxın futbolçular axtarır.
Reynaldodan üzü bəri gələn legionerlərin bir strategiyaya xidmət elədiyini söyləyən Quluzadə belə qənaətdədir ki, seneqallı hücumçu Ağdam təmsilçisinin təklifinə müsbət yanaşacaq.
Əziz izləyicilərimiz, verilişimiz öz zövqlü geyimləri ilə minlərlə peşəkar və həvəskar idmançılarımızı təmin edən, onların sevimlisi olan “YaaRa Tekstil”in və “Asadov Pro Bridge”in - beynəlxalq təcrübə prinsipləri üzərində qurulmuş FIFA lisenziyalı futbol agentliyinin dəstəyi ilə təqdim olunur.
YaaRa Tekstil” 2024-cü ildə şirkətin təsisçisi və direktoru olan Yaqut Bayram tərəfindən yaradılıb. Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.
Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim edən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.
Bu gün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.
YaaRa Tekstil” öz müştərilərinə ancaq keyfiyyətli geyimlər təqdim edir. “YaaRa – Sevgi ilə yanaşır!”.
“Asadov Pro Bridge” futbolçuların, məşqçilərin, klubların və federasiyaların maraqlarını beynəlxalq səviyyədə təmsil edərək, eyni zamanda Azərbaycan futbolunun dünyaya inteqrasiyasına töhfə verməyi hədəfləyir.
“Asadov Pro Bridge” fəaliyyətinin ilk ilində həm yerli, həm də beynəlxalq səviyyədə 10 uğurlu transfer həyata keçirib.
Agentliyin xidmətlərinə təmsilçilik, hüquqi dəstək, beynəlxalq transferlər, brend və PR idarəçiliyi, fiziki və peşəkar inkişaf, maliyyə və həyat tərzi planlaması daxildir.
Bu gün agentlik Portuqaliya, Xorvatiya, Polşa, Albaniya, Monteneqro, Bosniya, Kosovo, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi ölkələrdəki nüfuzlu futbol agentlikləri ilə rəsmi əməkdaşlıqlar qurur.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

