Qış fasiləsi “Qarabağ”ın futbolçusu Toral Bayramov üçün göydəndüşmə olub.
Azərbaycan millisinin də şərəfini qoruyan 24 yaşlı müdafiəçi bu fürsətdən maksimum yararlanmağa çalışıb.
O, istirahət dönəminin ilk günlərini həyat yoldaşlı və qız övladı ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində keçirib.
Daha sonra Asiyanı Avropaya dəyişib. Toral xanımı ilə Fransaya yollanaraq “sevgi şəhəri”nin ləzzətini dadıb.
Nəzrin Bayramovanın futbolçu yoldaşı ilə sosial media səhifəsindəki paylaşımlar izləyicilər tərəfindən maraqla qarşılanıb.
Aktiv “instagram” istifadəçisi olan xanım müxtəlif libaslarla çəkdirdiyi şəkillərlə diqqət çəkib.
HƏBİB / SPORTİNFO.AZ

