“Qarabağ” onları seçdi - Biri Özbəkistandan, digəri Polşadan

4 Yanvar 00:30 Qarabağ 1 173
“Qarabağ” onları seçdi - Biri Özbəkistandan, digəri Polşadan

“Qarabağ”ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Komandamız bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistandan “Neftçi” (Fərqanə) ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşadan “Zaqlebie Lubin” ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

“Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq.

Komandamız Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyadan “Ayntraxt” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq