Ona da Qurban Qurbanov deyərlər… ŞOK ADDIM!

5 Yanvar 17:00 Qarabağ 4 104
Ona da Qurban Qurbanov deyərlər… ŞOK ADDIM!

“Qarabağ”ın qış fasiləsinə yollanması çox səs-küylü oldu.

Ağdam klubu öncə Masazırda liderliyi əldən verdi, ardınca Qəbələ səfərində baş məşqçi Qurban Qurbanovun açıqlaması şok effekti yaratdı.

Təbii ki, belədə klub ətrafında ciddi narahatlıq baş qaldırdı.

Ki, “kəhər atlar”ın fasilədən sonra aqibəti necə olacaq?

90% futbolçusuna təklif gələn kollektiv ayaqda qala biləcək, yoxsa yarpaq tökümü başlayacaq?

Klubun yeni ildəki ilk məşqçi neqativ söhbətlərə hardasa son qoydu deyə bilərik.

Ayrılması ən çox müzakirə olunan Marko Yankoviç başda olmaqla hər kəs “Azərsun Arena”da bir araya gəldi.

Görünən odur ki, ən azı yaya qədər heyət yerində qalacaq.

Ona da Qurban Qurbanov deyərlər…

Bəlkə də məlum sərt açıqlaması, mesajı olmasaydı, indi nələr yaşanırdı.

Sakit görməyə alışdığımız adam Qəbələdə boşuna partlamadı.

Fərqinə vardı ki, artıq susmaq yox, danışmaq lazımdır.

Marko başda olmaqla kollektivə yerini göstərmək lazımdır.

Qurban Qurbanov çox təcrübəlidir, bu problemi də arxada qoymağı bacaracaq.

18 il “Qarabağ”da saçını boş yerə ağartmayıb ki…

Bəlkə də elə Qəbələdə verdiyi mesaj futbolçularına sillə kimi dəydi, yerlərini göstərdi, yuxudan ayıltdı.

İndi isə olduqları/qaldıqları yerdən davam edə bilərlər…

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
6 Yanvar 18:10 Çək və bizə göndər!
6 Yanvar 09:40 Qış planı məlum oldu