“Qarabağ”ın həm psixoloji, həm fiziki istirahətə ehtiyaci var.
Qış tətili lap yerinə düşdü.
Qarşıda Çempionlar Liqasının “Ayntraxt”la ev, “Liverpul”la nəfəskəsici səfər oyunları var. Ölkə daxilində də “Sabah” onların çempionluq istəyini təhlükə altına alıb.
“Qarabağ” 16 turda “Zirə”ylə hər iki oyunda heç-heçə edib, “Şamaxı” ilə sensasion qolsuz bərabərliyə imza atıb, “Sabah”a uduzub.
Komanda hamıdan çox - 32 qol vurub, amma məhsuldar oyunçusu hücumçuları Musa, Nəriman, Addai, Duran və ya Lenandro deyil: gah müdafiə, gah yarımmüdafiədə oynayan Toral Bayramovdur - 7 qol.
Ötən mövsüm 15 qolla bombardir olan Leandro Andrade bu mövsüm Premyer Liqada 15 oyuna cəmi 3 qol vurub. Nəriman və Addainin də hesabında 3 qol var.
Duran və Leandro çempionat oyunlarına, adətən, əvəzetmədən qoşulur deyə, bəlkə də bu aşağı məhsuldarlığı başa düşmək olar.
Amma Musa və Nərimannın hətta öz Premyer Liqamızda belə, solğun görünməsi onların hücumçu kimi dəyərini aşağı salır.
“Qarabağ” qış fasiləsinədək ən yaxın izləyicisi ilə arasında 8 xallıq fərq yaratdığından, çempionluq yarışında onların yeganə rəqibinin “Sabah” olacağını demək olar.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

