Baba "Qarabağ"ın təklifindən imtina etdi, bu kluba keçdi

3 Yanvar 14:25 Qarabağ 6 267
Baba "Qarabağ"ın təklifindən imtina etdi, bu kluba keçdi

Mərakeş millisinin yarımmüdafiəçisi Xalid Baba "Qarabağ"ın təklifini geri çevirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb.

25 yaşlı sağ cinah oyunçusu daha yüksək maliyyə şərtləri təklif edən vətənində MAS komandasına keçib.

Klub Baba üçün onun son komandası "Difaa"ya 400 min avro ödəyib.

Xalid Baba cari mövsüm ərzində meydana çıxdığı 8 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

O, Mərakeş yığmasının heyətində 5 oyunda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Yanvar 20:00 Çək və bizə göndər!