Bölgə klubunda maliyyə problemi - Ümid "Qarabağ"a qaldı

6 Yanvar 21:00 Qarabağ 1 042
Bölgə klubunda maliyyə problemi - Ümid "Qarabağ"a qaldı

“Kəpəz”də maliyyə böhranı yaşanır.

Belə davam etsə, qışdan sonra maaşların ödənilməsi, mükafatların verilməsi əməlli-başlı problemə çevrilə bilər.

Bu səbəbdən qış transfer dönəmində heyəti gücləndirmək planları istənilən istiqamətə yan almayıb.

Baş məşqçi Azər Bağırova yeni gəldiyində rəhbərlik tərəfindən bir əcnəbi oyunçunu transfer ediləcəyi vəd olunmuşdu.

Bu gün həmin söz havada qalıb.

Mövsümün birinci yarısı arxada qalıb və bu müddətdə 4 əcnəbi oyunçu ilə yollar ayrılıb.

Hər birinə 3 aylıq təzminat verilməklə.

Yeni legioner tansferi üçün isə təkcə 100 min manat rüsum ödənilməlidir.

Baş məşqçiyə açıq bildirilib ki, gücümüz çatmır.

Diqqətlər yönəlib başqa klublarda az oynamaqla kölgədə qalan yerlilərə.

Hətta pulla bağlı sıxıntı o qədər dərindir ki, gözlər “Qarabağ”ın uğurlarına görə UEFA-dan gələcək pula dikilib.

Rəsmilər məhz həmin pulla durumu düzəldə biləcəklərinə ümid edirlər.

Xatırladaq ki, Ağdam klubunun Çempionlar Liqasında iştirakına görə, UEFA tərəfindən Premyer Liqanın digər 11 klubuna 800 min avro ödəniş ediləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Yanvar 18:10 Çək və bizə göndər!