"Qarabağ" təklif olunandan 10 dəfə çox təzminat tələb etdi, məşhur kluba rədd cavabı verdi

14:00 Qarabağ 318
"Qarabağ" təklif olunandan 10 dəfə çox təzminat tələb etdi, məşhur kluba rədd cavabı verdi

"Panatinakos"un göndərdiyi təklif "Qarabağ" tərəfindən qəbul olunmayıb.

Saytımıza bu barədə məlumat klubdan verilib.

Bildirilib ki, Yunanıstan klubunun Marko Yankoviçin transferi üçün irəli sürdüyü şərtlər qətiyyən uyğun görülməyib. Və hətta deyərdik ki, hiddətlə qarşılanıb.

Ellada nəhəngi 7-8 aydır monteneqrolu yarımmüdafiəçini diqqət mərkəzində saxlayır.

"Panatinakos"un ödəməyə hazır olduğu məbləğ gülüş doğura bilər - cəmi 300 min avro. Onlar bu rəqəmi maksimum 100 min avro artıra biləcəkləri barədə "köhlən atlar"ı məlumatlandırıb.

Ağdam təmsilçisi "Panatinakos"a həqiqəti başa salıb. Qarşı tərəfə elan olunub ki, balkanlı legioner 3 milyon avrodan aşağı qiymətə satılmayacaq.

Üç ildir ölkəmizdə legioner həyatı yaşayan 30 yaşlı balkanlının "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayında bitir.

Cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

"Çelsi"yə qalib gələ də bilərdik" - Marko Yankoviç

Digər Xəbərlər
Xəbər Lenti