“Qarabağ” qazancda da çempion imiş - Zərərdən mənfəətə keçdilər

09:25 Qarabağ 165
“Qarabağ” qazancda da çempion imiş - Zərərdən mənfəətə keçdilər

2024-cü ildə Azərbaycanda ən böyük mənfəət əldə edən klub «Qarabağ» olub.

Sportinfo.az xəbər verir ki, qarabağlılar ötən ili 877 min manat xalis mənfəətlə tamamlayıblar.

Bu ölkənin futbol klubları arasında ən yüksək göstəricidir.

«Qarabağ» 2023-cü ili böyük zərərlə tamamlamışdı, klub 1 milyon 782 min manat zərər etmişdi. Amma 2024-cü ildə komanda zərərdən böyük mənfəətə keçməyib bacarıb.

«Qarabağ»dan sonra 2024-cü ildə ən böyük mənfəət əldə edən klublar «Sabah» və «Şamaxı» klubları olub. Ölkə futbolunun yeni favoritlərindən olmağa başlayan «Sabah» 2024-cü ildə 717 min manat mənfəət əldə edib.

«Şamaxı» klubu isə ötən ili 548 min manat xalis mənfəətlə tamamlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır