“Karyeramda ilk dəfə islam ölkəsində oynayıram”.
Bu sözləri Sportitnfo.az-a açıqlamasında “Qarabağ”ın mərkəz müdafiəçisi Sami Mmae deyib.
Vaxtilə “Ferenetvaroş” və “Dinamo”nun (Zaqreb) heyətində Bakıya rəqib qismində səfər etmiş, hazırda icarə əasında Ağdam təmsilçisinin uğurları üçün tör tökən 29 yaşlı mərakeşli legioner müsəlmanların əhatəsində yaşamaq ona əlavə rahatlıq verir:
“Etiraf edirəm ki, mən bundan rahatlıq tapıram. Məşqçilər heyəti, futbolçular, inzibati heyət işçiləri ilə birlikdə məscidə gedir, namaz qılırıq.
Bu, bəzən məşqdən əvvəl, bəzən məşqdən sonra olur. Həyatımda ilk dəfə bu hisləri yaşadığıma görə şükürlər olsun!”.

