“Son vaxtlar riskli futbol oynayırıq”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdur.
Ağdam klubunun çalışdırıcısı deyib:
“Ayaks”la matçda komandamın fiziki göstəriciləri ən yuxarı olanlardan birincisi idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı.
Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə oradakı tempi, sürəti görmürük.
Çalışırıq ki, rəqiblərə aciz məğlub olmayaq. Avrokuboklarda cəsarətimizi daha da artırmışıq.
Bu da futbolumuz üçün gələcəkdə əsas amillərdən biridir. Cəsarət, dözümlülük olmasa, istənilən səviyyəyə gəlib çatmarıq”.

