“Qarabağ”ın kapitanı: “Plan qurmuram, 1 il sonra nə olacağını düşünmürəm”

30 Dekabr 23:00 Qarabağ 174
“Qarabağ”ın kapitanı: “Plan qurmuram, 1 il sonra nə olacağını düşünmürəm”

“Hazırkı formam məni xoşbəxt edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın kapitanı Abdullah Zubir deyib.

Fransalı vingerin 34 yaşı olsa da, özünü 24 yaşındakı kimi aparırn. Bu yaşda iki ağır oyunda start heyətində yer almaq zarafat deyil.

O, fiziki hazırlığıyla daha bir neçə il oynamaq həvəsində olduğunu göstərməyə çalışır?

Zubiri dinləyək:

“Bu, komandada görülən işlərin və işimə ciddi yanaşmağın nəticəsidir. Mənimlə xüsusi şəkildə məşğul olurlar ki, idman formamı qoruyum.

Hər bir futbolçu kimi, mən də bacardıqca çox oynamaq istəyirəm. Lakin həyatda bəzən işlər heç də sən istəmədiyin kimi getmir.

Uzunmüddətli plan qurmağı sevmirəm. Qarşımda dayanan mövsümə baxıram, 1 il sonra nə olacağını düşünmürəm.

Bu gün özümü əla hiss edirəm, 1 ildən sonra nələr olacağını zaman göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Dekabr 17:50 Çək və bizə göndər!