Bu xaricinin tezliklə ”Qarabağ”ı tərk etməsi gündəmdədirmi? - SON XƏBƏR

20:00 Qarabağ 217
Bu xaricinin tezliklə ”Qarabağ”ı tərk etməsi gündəmdədirmi? - SON XƏBƏR

Fabian Buntiçin qış fasiləsində ”Qarabağ”ı tərk etməsi gözlənilmir.

Bu barədə klubdan saytımıza məlumat verilib.

Bildirilib ki, qapıçının komandadan ayrılmaq niyyətində olması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

28 yaşlı qolkiper ən azı mövsümün sonunadək düşərgədə qalacaq. Çünki bu mövqedə müəyyən problemlər mövcuddur.

Millinin Fransa ilə oyununda zədə alan Şahruddin Məhəmmədəliyev yaxınlarda Almaniyada cərrah masasına qalxıb. Bud-çanaq oynağından əməliyyat olunan kiperin müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Ağdam təmsilçisi digəri qapıçılarını I Liqa nümayəndələrinə icarəyə verib.

Amil Ramazanov «Zaqatala»nın, Sadiq Məmmədzadə «Difai»nin sərəncamındadır. Odur ki, komanda yalnıh Mateuş Koxalskinin ümidinə qala bilməz.

Xorvatiya kökənli «əlck sahibi»nin “Qarabağ”la müqaviləsi 2027-ci ilin 30 iyununa qədər qüvvədədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti