Adı İtaliya klubu ilə yanaşı çəkilən müdafiəçi “Qarabağ”ın təklifini qəbul etdi

30 Dekabr 2025 14:00 Qarabağ 4 794
Adı İtaliya klubu ilə yanaşı çəkilən müdafiəçi “Qarabağ”ın təklifini qəbul etdi

«Qarabağ» Elvin Cəfərquliyevlə yeni müqavilə imzalayacaq.

Bu barədə klubdan saytımıza bildirilib.

Verilən informasiyaya görə, müdafiəçiyə təklif irəli sürülüb. 25 yaşlı cinah oyunçusu 3 illik kontrakt çağırışını müsbət qarşılayıb.

Onun hazırkı sözləşməsi gələn ilin yayınadək qüvvədədir. Millinin üzvü imzanı atandan sonra əməkhaqqısında da artım olacaq.

Son vaxtlar Elvinin adı Avropanın müxtəlif klubları ilə yanaşı hallanır. Fransadan «Nant» və «Sent-Etyen»in Cəfərquliyevlə yaxından maraqlandığı məlumdur.

İndi də İtaliyadan «Komo»nun azərbaycanlı oyunçuya təklif göndərdiyi deyilir. Seriya A-da mübarizə aparan komandanın həmyerlimizə 2 illik müqavilə ilə üz tutduğu söylənilir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA