“Qarabağ”ın sevilən personası özünü bu sahədə sınamağa hazırlaşır - VİDEO

16:20 Qarabağ 100
“Qarabağ”ın sevilən personası özünü bu sahədə sınamağa hazırlaşır - VİDEO

“Qarabağ”ın legioneri Marko Yankoviç ölkəsi Monteneqroda UEFA A lisenziyasını almaq üçün təlimlərə qatılıb.

Sportinfo.az xəbər verir ki, o, çempionatda yaranan fasilədən istifadə edərək kurslarda iştirak edib.

Yarımmüdafiəçi imtahanları uğurla başa vurduqdan sonra A lisenziyası ala biləcək.

Marko Yankoviçlə yanaşı onunla birlikdə “Qarabağ”da oynamış Marko Veşoviç də kurslara qoşulub.

2022-ci ildən “Qarabağ”da çıxış edən Yankoviçin Azərbaycan çempionundan ayrılacağı gözlənilir. Yarımmüdafiəçi müxtəlif klublardan təkliflər alıb.

Digər Xəbərlər
Xəbər Lenti